Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
23 may 2013Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 23-də ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı cənab Nils Mujnieksi qəbul etmişdir.
21 may 2013Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili ölkəmizə rəsmi səfərə gəlmişdir.
16 may 2013Mayın 13-14-də ABŞ-ın Nyu York şəhərində, Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında BMT-nin İnsan alverinə qarşı mübarizə üzrə Qlobal Fəaliyyət Planının (QFP) icrası sahəsində əldə olunmuş tərəqqinin dəyərləndirilməsi məsələlərinə həsr olunmuş yüksək səviyyəli görüş keçirilmişdir.
10 may 2013Xaçmaz rayonunun Xudat şəhəri ərazisində rayon sakini Rauf Hüseynovun və Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Rövşən Səfərovun idarə etdikləri avtomobillər toqquşmuş və bu zəmində hər iki şəxs arasında mübahisə baş vermişdir.
08 may 2013Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində - mayın 8-də DİN Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən hərbi hissəsinin ərazisində zabitlər üçün yeni tikilmiş xidməti yaşayış binasının istifadəyə verilməsinə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.
07 may 2013Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində - mayın 7-də Xocavənd Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışına həsr olunmuş mərasim keçirilmişdir.