Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Rəhbərlik


Nazirliyə Azərbaycan Respublikasının Daxili İşlər naziri rəhbərlik edir. Azərbaycan Respublikasının Daxili İşlər naziri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur.

Azərbaycan Respublikasının Daxili İşlər naziri Nazirliyin işini təşkil edir və təkbaşçılıq prinsipi əsasında daxili işlər orqanlarının və daxili qoşunların fəaliyyətinə rəhbərlik edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Nazirliyin rəhbər işçilərindən ibarət məşvərətçi orqan - Kollegiya fəaliyyət göstərir.

Kollegiyanın sədri tutduğu vəzifəyə görə Daxili Işlər naziri, üzvləri isə tutduqları vəzifəyə görə nazir müavinləridir. Kollegiyanın digər üzvləri Nazirliyin başqa rəhbər vəzifələri üzrə nazirin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.


 Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Usubov Ramil İdris oğlu 

 Azərbayсan Respublikası daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Eyvazov Vilayət Süleyman oğlu 

 Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini, polis general-leytenantı Zalov Oruc İbrahim oğlu   

 Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini, polis general-leytenantı Əliyev İsmət Rəşid oğlu

 Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini, Daxili Qoşunların Komandanı, general-leytenant Məmmədov Şahin İsgəndər oğlu  

 Azərbaycan Respublikası daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Quliyev Fazil Balahəsən oğlu  

 Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Əhmədov Əhməd Hüseyn oğlu 

 Azərbaycan Respublikasının DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Aslanov Həzi Arif oğlu 

Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Seyidov Mirqafar Mircəfər oğlu