Axtarış

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Press-relizlər Kriminal xronika Məlumatlar
2013-cü ildə DİN-in saxlanması üçün ayrılan bəzi xərc maddələri barədə məlumat
09 fevral 2013
2013-cü ildə Daxili İşlər Nazirliyinin saxlanması üçün ayrılan bəzi xərc maddələri barədə məlumat
Cinayətkarlıqla mübarizəyə bütün ictimaiyyət cəlb olunub
22 sentyabr 2012
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və hüquq-mühafizə orqanlarının fəaliyyəti, birgə səmərəli fəaliyyəti nəticəsində cinayətkarlıqla mübarizədə və ictimai asayişin təminində mühüm uğurlar qazanılmış, daxili sabitlik, insan və vətəndaş hüquq və azadlıqları nümunəvi təmin olunmuşdur.
Kütləvi informasiya vasitələrinin nəzərinə
05 aprel 2012
Cari il martın 1-də Quba şəhərində baş vermiş məlum hadisələrin təfərrüatları ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq rəsmi məlumatların verilməsinə baxmayaraq,  son günlər  bəzi kütləvi informasiya vasitələrində qeyri-rəsmi mənbələrə istinad edilməklə, hadisələrin əsl mahiyyətini təhrif etmək, ictimaiyyətin fikrini  yayındırmaq və istintaqın gedişinə mane olmaq məqsədi güdən, obyektiv reallığı əks etdirməyən qərəzli informasiyalar verilməkdədir.
İnsan alveri cinayətlərinin istintaqı mövzusunda seminar
12 mart 2012Martın 12-də DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsində polis zabitləri üçün insan alveri cinayətlərinin istintaqı mövzusunda seminar keçirilmişdir
Cinayətlərin böyük əksəriyyəti vətəndaşların fəal iştirakı ilə açılır - REPLİKA
15 iyun 2011
Son illər daxili işlər orqanlarında uğurla həyata keçirilən islahatların və struktur dəyişikliklərin əsas istiqamətlərindən biri məhz cinayətlərin qarşısının vaxtında alınması, onları doğuran səbəblərin öyrənilib aradan qaldırılması, bu sahədə mövcud olan problemlərin həllidir. Profilaktik işin ən effektli yollarından biri isə polisin əhali ilə sıx təmasda və cəmiyyətin içində olması, onun fəal təbəqəsi ilə birgə insanlara yardım göstərməsi, məqsədyönlü və sistemli şəkildə əhali arasında maarifləndirmə tədbirləri keçirməsidir.
2010-cu il ərzində daxili işlər orqanlarının şəxsi heyəti arasında nizam-intizama və qanunçuluğa riayət olunması ilə bağlı məlumat
26 mart 2011
2010-cu il ərzində daxili işlər orqanlarının şəxsi heyəti arasında nizam-intizama və qanunçuluğa riayət olunması sahəsində mövcud vəziyyətlə dair məlumatlar.
Problem cəmiyyətimizdə deyil, cənab "bəy"lər, sizin xislətinizdədir…
09 mart 2011
Son yeddi ildə ümummilli liderimizin siyasətini uğurla davam və inkişaf etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev yüksək intellekt və müasir düşüncə  tərzinə malik rəhbər, Heydər Əliyevin zəngin dövlətçilik və  idarəetmə məktəbinin ən layiqli yetirməsi olaraq ölkəmizin sürətli sosial-iqtisadi inkişafının, dünya sivilizasiyasına, iqtisadiyyatına fəal şəkildə inteqrasiyasının vacib elementlərindən biri kimi ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasına, cinayətkarlıqla uğurlu mübarizə xəttinin davam etdirilməsinə xüsusi önəm vermişdir. Ötən prezident və parlament seçkilərinin nəticələri isə seçicilərin mütləq əksəriyyətinin ulu öndərimiz tərəfindən müəyyənləşdirilmiş, ölkəmizin milli maraqlarını və  müstəqilliyini təmin edən Azərbaycanın gələcək inkişaf və yaşam modelinə növbəti dəfə dəstək verdiklərini, bu strateji kursun yeganə və alternativsiz olduğunu əyani şəkildə təsdiqlədi.
arxiv