DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

“Azərbaycan Beynəlxalq Bankı” ASC-yə külli miqdarda ziyan vurulması faktı üzrə cinayət təqibini həyata keçirən istintaq qrupunun məlumatı

19.07.2016

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşıb. 

Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri iş materialları ilə tanış ediliblər. 
İş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.