Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

24.02.2010
Fevralın 20-də saat 07.30 radələrində Sumqayıt  şəhərində valyutadəyişmə məntəqəsində işləyən Vüqar Balayev naməlum şəxs tərəfindən "Makarov" tipli tapança ilə öldürülmüş, onun atası İsmayıl Balayevə isə bıçaqla  xəsarət yetirilmişdir.  Həmin cinayətdə şübhəli bilinən şəxsin fotorobotu hazırlanmışdır.  Onu tanıyanlardan və ya görənlərdən DİN-in "102 Xidməti"nə zəng etmələri xahiş olunur.

geriyə