DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

27.09.2014

Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov sentyabrın 27-də Lənkəran Şəhər Rayon Polis Şöbəsində növbəti qəbul keçirmişdir.Qəbulda Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayonlarından olan sakinlərin, eyni zamanda, bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupu iştirak etmişdir.
 
Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyatı Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar vermişdir. Polis fəaliyyətinə aid olan müraciətlərin  böyük əksəriyyəti yerindəcə öz həllini  tapmış, digər ərizələrin müvafiq dövlət qurumlarına göndəriləcəyi diqqətə çatdırılmışdır. 
 
Qəbulda iştirak edən vətəndaşlar ölkə Prezidenti cənab  İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə yerlərdə vətəndaşlarla görüşmələri, müraciətlərinə, ərizə və şikayətlərinə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə məlum tapşırığının yüksək səviyyədə icrasına, onların problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə dövlət başçısına minnətdarlıqlarını  bildirmişlər.
 
Kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq,  sözügedən rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 91 nəfər də qəbulda iştirak etmişdir. Daxili işlər naziri Ramil Usubov onların arasından xidmətə daha yararlı və hazırlıqlı olan gənclərin sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq vermişdir.