DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

17.02.2015


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Səbuhi Məmmədov Novxanı qəsəbəsi ərazisində saxlanılmışdır. Onun idarə etdiyi "Mitsubishi" markalı avtomaşından "Banketnaya", "İzbuşka" və "Ambarnaya" markalı 218 ədəd spirtli içki götürülmüşdür.

Həmin spirtli içkilər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və onların saxta olması müəyyən olunmuşdur.  

Araşdırmalarla üzərinə saxta aksiz markaları vurulmuş həmin spirtli içkilərin Xırdalan şəhərində yaşayan Kəlbəcər rayon sakini Vidadi Cümşüdovdan alınması müəyyən edilmiş və həyata keçirilmiş tədbirlərlə sonuncu da saxlanılmışdır. 

Faktla bağlı toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilmişdir.
Araşdırmalar aparılır.