DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

01.04.2015

Əhaliyə şəxsiyyət vəsiqələrinin verilməsi işinin səmərəliyinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə 2015-ci ilin mart ayı ərzində Bakı şəhərinin və  ölkəmizin bir sıra rayonlarında növbəti səyyar xidmətlər keçirilib.
Belə ki, DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə paytaxtın  Qaradağ RPİ, Pirallahı RPŞ-nin, həmçinin,  Şabran, Sabirabad, Qobustan və Hacıqabul RPŞ-lərin müvafiq bölmə əməkdaşlarının iştirakı ilə baş tutmuş anoloji tədbirlərlə adları çəkilən bölgələrin ayrı-ayrı qəsəbə və kəndlərində yaşayan, əksəriyyətinin şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitmiş vətəndaşlar, o cümlədən həddi-büluğa çatmış gənclər, xüsusi diqqət və qayğıya ehtiyacı olan qoca, əlil və xəstə vətəndaşlar yeni sənədlərlə təmin ediliblər.

Paytaxtın Pirallahı rayonu ərazisində, sahildən 40 kilometr aralıda yerləşən Neft Daşlarında da oxşar tədbir keçirilib. Bu zaman 276 neftçiyə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.
Keçirilmiş səyyar xidmətlər nəticəsində sözügedən rayonların ümumilikdə 1355 sakininə yeni vəsiqələr verilib, 47 nəfərin isə müvafiq sənədləri qəbul olunub.
Mütəmadi şəkildə təşkil olunan belə tədbirlər davam etdirilir.