DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

18.04.2015

Aprelin 18-də Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov kütləvi informasiya vasitələrində öncədən verilmiş elana uyğun olaraq, Çevik Polis Alayında Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyindəki orqan və hissələrdə vakant olan  sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
 
Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti və dünyagörüşü ilə maraqlanıb, tövsiyyələrini çatdırıb. Ümumən, 360 iddiaçının arasından daha hazırlıqlı olan 76 nəfərin DİO-da xidmətə qəbul olunmaları üçün  Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.
 
Eyni zamanda, nazir daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla bağlı DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin də sıra baxışını keçirib, onların hazırlıq səviyyəsindən razı qaldığını deyib. Tələb olunan parametrlərə uyğun gəlməyən 26 gəncin öz fiziki hazırlıqlıqlarını və dünyagörüşlərini artırmaları  tövsiyyə olunub.
 
Tədbirin sonunda nazir Ramil Usubov  namizədlərə gələcək çətin, lakin şərəfli xidmətlərində uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, onlar daxili işlər orqanlarının ən yaxşı ənənələrini davam etdirərək qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, Vətəninə, xalqına və Prezidentinə sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, peşəkarlıqlarını daim artıracaq, respublikamızda sabitliyin dönməzliyinin təminində, əmin-amanlığın nümunəvi qorunmasında səylərini əsirgəməyəcəklər.