DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

21.05.2015

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasının sakinlərinin yanmış sənədlərinin bərpası məqsədilə 5-ci Polis Bölməsində müvafiq qərargah yaradılıb. 
 
Yanğın baş vermiş binanın sakinləri məhv olmuş şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının alınması üçün həftənin bütün günləri saat 9.00-dan 19.00-dək (nahar fasiləsi olmadan) Binəqədi RPİ-nin 5-ci Polis Bölməsindəki müvafiq qərargaha müraciət və aşağıdakı telefonlara adları çəkilən polis orqanlarına zəng  edə bilərlər:
 
        
(012) 590-64-33  - Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin "Qaynar xətti";

(012) 563-56-97  - Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsi;

(012) 406-02-02   -    Binəqədi Rayon Polis İdarəsinin Növbətçi hissəsi;

(012) 436-05-02   -  Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi.