DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

03.09.2015

Respublikanın daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni uğurla davam etdirir.
Daxil olan əməliyyat məlumatı əsasında Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə İran İslam Respublikasının vətəndaşı Tizfəhim Fətullah saxlanılıb. Baxış zamanı  onun əlindəki selofan torbadan külli miqdarda narkotik vasitə - 5 kiloqram 190 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.
Müəyyən edilib ki, Tizfəhim Fətullah istintaqa məlum olmayan mənbədən satış  məqsədi ilə tiryək əldə edərək özündə saxlayıb. Daha sonra həmin narkotik vasitəni Biləsuvar rayonu ərazisində 15 min ABŞ dollarına satmaq istəyib.
Faktla bağlı respublika Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq aparılır.