DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

16.09.2015

Xəbər verildiyi kimi, Daxili İşlər Nazirliyinin rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin paytaxtında, digər şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.
    
İşin səmərəliyinin daha da artırılması və  vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbir Qaradağ RPİ-nin müvafiq şöbə əməkdaşlarının iştirakı ilə rayonun Ələt, Qobustan, Sahil və Qızıldaş qəsəbələrində baş tutub.
Səyyar xidmət zamanı ümumilikdə 415 nəfərə yeni şəxsiyyət vəsiqələri təqdim edilib.