DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu Mətbuat Xidmətlərinin məlumatı

16.09.2015

Xəbər verildiyi kimi, 2014-cü il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə odlu silahla qətlə yetirilmiş meyidinin tapılması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdı.

Araşdırmalarla müəyyən edilmişdi ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan, əvvəllər məhkum edilmiş Nurəddin Xəlilova, Müşfiq Mikayılova, Rəşad Həşimliyə və Əhməd Kərimova məlumat verib. Onlar həmin tarixdə oğurladıqları avtomobillə Qəbələ şəhərinə gedərək, gecə saatlarında quldurcasına Vahid Vahabovun yaşadığı mənzilə soxulmuş, odlu silahla onu öldürmüş, həyat yoldaşına isə müxtəlif dərəcəli xəsarətlər yetirmişdilər.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin bir çox üzvləri məsuliyyətə cəlb olunublar.

Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə həmin qətlin və bir sıra digər ağır cinayətlərin  təşkilatçılarından və fəal iştirakçılarından olan, sözügedən mütəşəkkil qrupun istintaqdan yayınan daha 2 üzvü - Coşqun Kərimbəyli və Əhməd Kərimov müəyyən edilərək yaxalanıblar. Bununla da  cinayətkar dəstənin tutularaq həbs edilən üzvlərinin sayı 18 nəfərə çatıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.