DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirli və Respublika Baş Prokurorluğunun Mətbuat Xidmətlərindən

08.02.2016


Fevralın 2-də saat 12:50 radələrində Abşeron rayon Polis İdarəsindən Rayon Prokurorluğuna rayon sakini, 1982-ci il təvəllüdlü Babayev Kamran Valeh oğlunun Saray qəsəbəsindəki evinin qarşısında naməlum şəxs tərəfindən “Makarov” markalı odlu silahdan açılan atəş nəticəsində “boynun və döş qəfəsinin odlu silah yaralanması” xəsarəti ilə  Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olması barədə məlumat daxil olmuşdur. 

Faktla bağlı həmin tarixdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanmışdır.
Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Qüdrət Kərimov tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa   cəlb olunmuş və ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə ittiham elan edilməklə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

K.Babayev aldığı xəsarətlərdən fevralın 6-da xəstəxanada vəfat etmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.