DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

23.04.2016


Ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə bu işin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbirlər paytaxtın Xəzər, həmçinin respublikanın Abşeron, Bərdə, Gəncə, Qazax, Şəmkir, Qəbələ, Qusar,  Şamaxı şəhər  və rayonlarında baş tutub.

Səyyar xidmətlər zamanı adları çəkilən şəhər və rayonlarda ümumilkdə 4 min nəfərə şəxsiyyət vəsiqələrinin verilməsi təmin edilib.

Belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.