Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Press-relizlər Kriminal xronika Məlumatlar
Gün ərzində 37 cinayət faktı qeydə alınmışdır
05 sentyabr 2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 37 cinayət faktı qeydə alınmışdır ki, onların da 14-ü “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 5 nəfər ölmüş, 13 nəfər isə yaralanmışdır.
  • 8 yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə 1 nəfər yaralanmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 16 nəfər tutulmuşdur.
Lənkəran rayonu ərazisində silahlı insident törətmiş şəxslər tutulmuşlar
05 sentyabr 2010
DİN Baş Cinayət-Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Masallı RPŞ, Lənkəran ŞRPŞ və Lənkəran Rayon Prokurorluğu  əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də Elşən Hüseynovu qətlə yetirmiş, Ramin Ağamoğlanova isə xəsarət yetirib hadisə yerindən qaçmış Arif Feyzullayev və Zamin Sadıqov, habelə cinayətdə iştirak etmiş, Masallı rayon sakinləri Məmmədağa Dəyyanov və Xəqani Əhədov tutulmuşlar.
A.Feyzullayevdən 1 ədəd "TOZ-8" və 1 ədəd "TOZ-34P" markalı tüfənglər götürülmüşdür.
Lerik rayonunun Mistan kənd sakini Natiq Əliyevi qətlə yetirmiş Bakı şəhər sakini İdrak Vahabov tutulmuşdur
05 sentyabr 2010
Sentyabrın 4-də saat 11.15 radələrində Lerik rayonunun Mistan kəndində, kənd sakini Natiq Əliyevə məxsus "UAZ-469" markalı avtomaşın dərəyə aşmış vəziyyətdə tapılmışdır. Özünün isə üzərində zorakılıq əlamətləri olan meyiti avtomaşının yaxınlığında aşkar edilmişdir.  
Lerik RPŞ və rayon prokurorluğu əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində N.Əliyevin Bakı şəhər sakini İdrak Vahabov tərəfindən bıçaqla qətlə yetirilməsi müəyyən edilmişdir.
Lerik ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İdrak Vahabov  tutulmuşdur.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Dmitri Morşixin tutulmuşdur
05 sentyabr 2010
Cari il avqust ayının 21-də Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı şəhər sakini Ravil Aziyevə məxsus bankomat kartı oğurlanmışdır. 
DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Dmitri Morşixin tutulmuşdur.
Neftçala rayon sakini Mərifət Dadaşov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən ölmüşdür
05 sentyabr 2010
Sentyabrın 5-də saat 10.20 radələrində Neftçala rayonunun Xıllı qəsəbəsi ərazisində, rayon sakini Mərifət Dadaşov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən ölmüşdür.
Araşdırmalar aparılır.
Qohumu Pərvanə Abışovaya bıçaqla xəsarəti yetirmiş Ramana qəsəbə sakini Məhərrəm Nuru tutulmuşdur
05 sentyabr 2010
Sentyabrın 5-də saat 12.30 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində, qəsəbə sakini, əvvəllər məhkum olunmuş  Məhərrəm Nuru münaqişə zəminində qohumu Pərvanə Abışovaya bıçaqla xəsarəti yetirmişdir.
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhərrəm Nuru tutulmuşdur.
Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi
05 sentyabr 2010
Sentyabrın 5-də saat 04.40 radələrində Qaradağ rayonu ərazisində Bakı şəhər sakini Emin Hüseynovun idarə etdiyi "VAZ-21011" markalı və Ağdaş rayon sakini Məhəmməd Məhərrəmovun idarə etdiyi "Amur" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə E.Hüseynov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, Bakı şəhər sakinləri Sərvər Mahmudov və Xəyalə Bayramova xəstəxanaya yerləşdirilmişlər.
DİN BDYPİ tərəfindən araşdırmalar aparılır.
arxiv