DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonu ərazisindən İsmayıllı rayon sakini Z.Əhmədova məxsus “NAZ-Lifan” markalı avtomobili qaçırmış Bakı şəhər sakini C.Məmmədov tutulmuşdur

03.02.2016

Fevralın 2-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindən İsmayıllı rayon sakini Zülfü Əhmədova məxsus “NAZ-Lifan” markalı avtomobil qaçırılmışdır.

Avtomobil fevralın 3-də Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən Yasamal rayonu ərazisindəki maşın bazarında aşkar edilmişdir. Həyata keçirilmiş tədbirlərlə avtomobili qaçırmış Bakı şəhər sakini Camal Məmmədov tutulmuşdur.