DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

28.05.2017

Mayın 28-də saat 15 radələrində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini Sahil Məmmədov idarə etdiyi "VAZ-2106" markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı qeyd edilən avtomobilin Bakı şəhər sakini Elvin Məmmədova məxsus olması və mayın 28-də Nizami rayonu ərazisindəki avtomobil təmir sexlərindən birindən orada işləyən Sahil Məmmədov tərəfindən qaçırılması müəyyən edilib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır. 

28.05.2017 tarixinə olan kriminal məlumatlar