Bankə qəsəbə sakini Bəxtiyar Bəşirovdan ümumilikdə 2,2 kq marixuana götürülüb
20.01.2017Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Bəşirovdan 250 qram marixuana götürülüb. Onun evinə baxış zamanı isə 1 kiloqram 950 qram marixuana və "TOZ-8" markalı silah da aşkar edilərək götürülüb.