Axtarış

Virtual Karabakh Karabakh

Krimnal xronika

tarixindən tarixinə
Xaçmaz rayonunun Ağyazi-buduğ kəndində yaşayan Nəzakət Hacıyevanın evində yanğın baş vermişdir
06 fevral 2016

Fevralın 7-də saat 03 radələrində Xaçmaz rayonunun Ağyazi-buduğ kəndində yaşayan Nəzakət Hacıyevanın evində yanğın baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra N.Hacıyevanın yanmış meyiti tapılmışdır.

1 ədəd pastlaşmış tank əleyhinə mərmi tapılmışdır
06 fevral 2016

Kəpəz RPİ əməkdaşları tərəfindən Məhsəti qəsəbəsi ərazisindən 1 ədəd pastlaşmış tank əleyhinə mərmi tapılmışdır. 

Yevlax şəhər sakini Xanım Nağıyevaya məxsus 1 baş qoyunu oğurlamış Nahid Əmirov tutulmuşdur
06 fevral 2016

Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də şəhər sakini Xanım Nağıyevaya məxsus 1 baş qoyunu oğurlamış həmyerlisi Nahid Əmirov tutulmuşdur.

Azər Əhmədova bıçaqla xəsarət yetirmiş qrupun digər üzvü - Yevlax şəhər sakini İsmayıl Ramazanov tutulmuşdur
06 fevral 2016

Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də Azər Əhmədova bıçaqla xəsarət yetirmiş qrupun digər üzvü - şəhər sakini, əvvəllər məhkum olunmuş İsmayıl Ramazanov tutulmuşdur.

Dilənçiliklə məşğul olan 3 nəfər saxlanılaraq barəsində müvafiq tədbir görülmüşdür
06 fevral 2016

Paytaxtın Binəqədi rayonu ərazisində dilənçiliklə məşğul olan 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılmış və barəsində müvafiq tədbir görülmüşdür.

Ağdam rayon sakini Nicat Mehdiyev 3-cü mərtəbədən yıxılaraq ölmüşdür
06 fevral 2016

Fevralın 6-da Ağdam rayon sakini Nicat Mehdiyev Səbail rayonu ərazisində usta işlədiyi yeni inşa edilmiş binanın 3-cü mərtəbəsindən yıxılaraq ölmüşdür.
Araşdırma aparılır. 

Quba rayon sakini İbrahim Seyidəhmədov bədbəxt hadisə nəticəsində ölmüşdür
06 fevral 2016

Fevralın 6-da Xətai rayonunun Nobel prospektində Quba rayon sakini İbrahim Seyidəhmədov idarə etdiyi “Shacman” markalı avtomobilin mühərrik hissəsində təmir işləri apararkən avtomobil enişə doğru hərəkət etdiyindən təkərin altında qalaraq ölmüşdür.
Araşdırma aparılır.  

Gün ərzində 106 cinayət faktı qeydə alınmışdır
05 fevral 2016

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınmış, onların da 36-ı “isti izlər”lə açılmışdır. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 30 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. 
  • Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 11 nəfər yaralanmışdır. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətdiklərinə görə 63 nəfər tutulmuşdur. 

Kürdəmir rayon sakini Xanlar Nadirovu qətlə yetirməkdə şübhəli bilinən Lənkəran rayon sakini Vüsal Mirzəyev və Kürdəmir rayon sakini Vüsal Qədiyev tutulmuş, daha 1 nəfər isə müəyyən edilmişdir
05 fevral 2016

Ötən il sentyabrın 7-də Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi  meyiti tapılmışdır.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış tədbirlərlə qətlə yetirilənin Kürdəmir rayon sakini Xanlar Nadirov olması müəyyən edilmiş və hadisəni törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini Vüsal Mirzəyev və Kürdəmir rayon sakini Vüsal Qədiyev tutulmuş, daha 1 nəfər isə müəyyən edilmişdir.

Faktla bağlı əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Quldurluq etmiş Ağcabədi rayon sakinləri Zaur Əhmədov tutulmuş, digər 2 nəfər isə müəyyən edilmişdir
05 fevral 2016

Fevralın 5-də Bakı şəhər sakini Fərid Şükürov polisə müraciət edərək yanvarın 17-də sosial şəbəkədə tanış olduğu bir qadınla əvvəlcədən razılaşdırdıqları yerdə görüşdüklərini, orada tanımadığı 3 nəfərin ona hədə-qorxu gələrək 240 manatını almalarını, yenidən pul gətirməyəcəyi tədqirdə öldürəcəkləri ilə hədələmələrini, fevralın 4-də isə daha 100 manat tələb etmələrini bildirmişdir.
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Ağcabədi rayon sakinləri Zaur Əhmədov tutulmuş, digər 2 nəfər isə müəyyən edilmişdir.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.