DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nizami rayonu Q.Qarayev prospektində yol-nəqliyyat hadisəsi

17.04.2014

Aprelin 18-də saat 11 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində Bakı şəhər sakinləri Əliqulu Əliquliyevin 35 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı və Emin Bağırovun 50 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobuslar toqquşmuşdur. Ə.Əliquliyevin sərnişinləri, həmyerliləri Solmaz Məmmədova, Cəmafər Balabəyov, Elnur Ağayev və Ağsu rayon sakini Gülqız Əbülfətova xəstəxanaya yerləşdirilmişlər.
C.Balabəyova və E.Ağayevə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.