DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluq məqsədi ilə girdiyi evin sahibinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmiş Y.Nuriyev tutulmuşdur

17.08.2014

Avqustun 18-də Sabunçu rayonunda yaşayan Elgün Mədətovun evinə pəncərədən girmiş naməlum şəxs onu gördükdə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmişdir.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sabunçu qəsəbə sakini Yusif Nuriyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, avqustun 18-nə keçən gecə Zaur Tanrıverdiyevin evindən pəncərədən girmək yolu ilə sənəd və mobil telefon oğurlaması da müəyyən edilmişdir.

17.08.2014 tarixinə olan kriminal məlumatlar