DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonu Sulutəpə qəsəbəsində quldurluq etmiş qəsəbə sakini Sadiq Mirzəyevin tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır

12.09.2014

Sentyabrın 12-də Binəqədi rayonu Sulutəpə qəsəbəsində naməlum şəxs Xocəsən qəsəbə sakini Ceyhun Hacıyevə küt alətlə xəsarət yetirib 2010 manatını və mobil telefonunu alıb hadisə yerini tərk etmişdir.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin Sulutəpə qəsəbə sakini Sadiq Mirzəyev tərəfindən törədilməsi müəyyən edilmişdir. Onun tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.