DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Münaqişə zəminində Şəmkir şəhər sakini Firuz Zamanovu qətlə yetirənlərin şəxsiyyəti müəyyən edilmişdir

24.11.2014

Noyabrın 24-də Şəmkir şəhərində şəhər sakini Firuz Zamanova məxsus mağazaya gəlmiş şəxsiyəti məlum olmayan 2 nəfər münaqişə zəminində onu bıçaqla qətlə yetirib hadisə yerini tərk etmişdir.

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Şiştəpə kənd sakinləri Laçın Məmmədov və Anar Qurbanov tərəfindən törədilməsi müəyyən edilmişdir.

Şəmkir RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

24.11.2014 tarixinə olan kriminal məlumatlar