DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhər sakini A.Şükürovanı boğma yolu ilə qətlə yetirmiş A.Ağamalıyev tutulmuşdur

23.11.2014

Noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki “Vulkan” otelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyitinin tapılması ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanmışdır.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumu boğma yolu ilə qətlə yetirmiş qohumu - Kürdəmir rayon sakini Asim Ağamalıyev tutulmuşdur.

23.11.2014 tarixinə olan kriminal məlumatlar