DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etmiş Abşeron rayon sakini Hüseyn Cavadov tutulmuşdur

02.10.2015

Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də Səbinə Abdullayevanın 25 manatını, 2 ədəd mobil telefonunu və sənədini oğurlamış Abşeron rayon sakini Hüseyn Cavadov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Təranə Quliyevanın 15 manatını və mobil telefonunu oğurlaması da müəyyən edilmişdir.