DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Avtomobil qaçırmış Bakı şəhər sakini Elnur Şıxıyev saxlanılmışdır

24.11.2015

Noyabrın 24-nə keçən gecə Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Filman Mirzəliyevə məxsus “VAZ-2101” markalı avtomobil qaçırılmışdır.

Hadisəni törətmiş Bakı şəhər sakini Elnur Şıxıyev noyabrın 24-də saat 06 radələrində Moskva prospektində Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən saxlanılmış və 18-ci PB-yə təhvil verilmişdir.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.