DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etmiş qrupun üzvü Abşeron rayon sakini Tehran Məmmədov tutulmuşdur

24.05.2016

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 22-də rayon ərazisindəki 320 saylı orta məktəbdən 2 ədəd noutbuk, 1 ədəd videoproyektor, 1 ədəd televizor və 1 ədəd monitor oğurlamış qrupun üzvü  Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Tehran Məmmədov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirlərilə onunmayın 20-də həmyerlisi A.Məhərrəmlinin evindən məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.