DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etmiş Ceyhun Nəsibov və Elnur Əliyev tutulmuşdur

24.05.2016

Mayın 23-nə keçən gecə Qazax şəhəri ərazisində şəhər sakini Mail Mahmudova məxsus mağazadan pəncərədən girmək yolu ilə 150 manat pul, tütün məmulatı və danışıq kartları oğurlanmışdır.
Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ceyhun Nəsibov və Elnur Əliyev tutulmuşdur. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların, mayın 17-nə keçən gecə şəhər sakini A.Bayramova məxsus mağazadan 400 manat pul, tütün məmulatı və danışıq kartları oğurlamaları, habelə mayın 23-nə keçən gecə şəhər sakini F.Mustafayevə məxsus mağazadan qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərmələri də müəyyən edilmişdir.