DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 81 cinayət faktı qeydə alınmışdır

21.06.2016

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 81 cinayət faktı qeydə alınmış, onların da 33-ü “isti izlər”lə açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 21 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 4 nəfər yaralanmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 39 nəfər tutulmuşdur.

21.06.2016 tarixinə olan kriminal məlumatlar