DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bərdə rayonunun Mehdili kəndində yol-nəqliyyat hadisəsi

21.09.2016

Sentyabrın 21-də saat 01 radələrində Bərdə rayonunun Mehdili kəndində Beyləqan rayon sakini Rafiq Mustafayev idarə etdiyi “NAZ-Lifan” markalı avtomobili qarşıda gedən Yevlax rayon sakini Elnur İmranovun idarə etdiyi “MAZ” markalı avtomobilə vurmuşdur. Nəticədə  R.Mustafayevin sərnişini Füzuli Muradov hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.