DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Ağcabədi rayonunun Hindarx qəsəbə sakinləri Təbriz Nəsirov və Sadıq Səfərov tutulublar

15.02.2017

Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də rayon ərazisindəki bağ sahələrindən birindən 24 metr elektrik kabelini oğurlamaqda şübhəli bilinən Hindarx qəsəbə sakinləri Təbriz Nəsirov və Sadıq Səfərov tutulublar.
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların Hindarx qəsəbəsi ərazisində yerləşən Suvarma Sistemləri İdarəsinə məxsus 4 subartezian quyusunu elektrik enerjisi ilə təmin edən 106 metr kabeli kəsərək oğurlamaları da müəyyən edilib.

15.02.2017 tarixinə olan kriminal məlumatlar