DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Avtomobillərdən akkumulyator oğurlamaqda şübhəli bilinən paytaxt sakini Vüqar Rəcəbli tutulub

17.03.2017

Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 11-də Bakı şəhər sakini Ədalət Ələkbərovun “VAZ-2106” markalı avtomobilindən akkumulyator oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Rəcəbli tutulub. Ətrafında aparılan tədbirlərlə onun yanvarın 13-dən martın 10-dək olan müddətdə daha 7 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.