DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Qanunsuz ov etdiyinə görə kənd sakini Müşfiq Müslümov saxlanılıb və ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb

18.04.2017

Aprelin 18-də Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ərazisində qanunsuz ov etdiyinə görə kənd sakini Müşfiq Müslümov RPŞ-nin əməkdaşları tərəfindən  saxlanılıb. Ondan müvafiq sənədləri olmayan “TOZ-25” markalı ov tüfəngi götürülüb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib edilib.