DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini X.Mehdiyevin "Mitsubishi" markalı avtomobilinin üzərindəki kantları oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini E.Yadigarov tutulub

17.05.2017

Mayın 13-nə keçən gecə Xətai rayonu ərazisində Bakı şəhər sakini Xaliq Mehdiyevin "Mitsubishi" markalı avtomobilinin üzərindəki kantlar oğurlanıb.

Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Etibar Yadigarov tutulub. Ətrafında aparılan tədbirlərlə onun daha 4 avtomobildən ehtiyyat hissələri və kantlar oğurlaması da müəyyən edilib.

17.05.2017 tarixinə olan kriminal məlumatlar