DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Mayın 14-də Nəsimi rayonu ərazisindən qaçırılmış "VAZ-2107" markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər Beyləqan rayonu ərazisində tutulublar

17.05.2017

Mayın 16-da Beyləqan rayonu ərazisində idarə edilən "VAZ-2107" markalı avtomobil şübhə doğurduğundan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar zamanı qeyd edilən avtomobilin Samir Şirinova məxsus olması və mayın 14-də Nəsimi rayonu ərazisindən qaçırılması müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinənlər - Beyləqan rayon sakinləri, əvvəllər məhkum olunmuş Kənan Əsgərzadə və Səbahəddin Babalı tutulublar.

Onlar izahatlarında qeyd edilən avtomobilin dövlət qeydiyyat nişanlarını tullamalarını bildiriblər.

17.05.2017 tarixinə olan kriminal məlumatlar