DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Balakən şəhər sakini Nazim Nastakalovdan və Mahamalar kənd sakini Bəxtiyar Kərimovdan narkotik vasitələr aşkar edilərək götürülüb

20.06.2017

Balakən RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Nastakalova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 18 ədəd çətənə kolu, yaşadığı evə baxış zamanı isə 59,60 qram marixuana aşkar edilərək götürülüb. 
Daxil olan məlumat əsasında Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mahamalar kənd sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Kərimova məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilən 5 ədəd çətənə kolu, yaşadığı evə baxış zamanı isə 6,72 qram marixuana və müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

20.06.2017 tarixinə olan kriminal məlumatlar