DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

08.10.2017

Oktyabrın 8-də saat 14 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Sahil qəsəbə sakini Nurəddin Abbasov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Hacıqabul rayon sakini Ağasəməd Şirəliyevi vurub və idarəetməni itirdiyindən avtomobili yolun kənarında dayanan Kürdəmir rayon sakini Rahib Şahbazova məxsus “VAZ-2107” markalı avtomobilə çırpıb. Nəticədə A.Şirəliyev hadisə yerində ölüb, R.Şahbazov isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.