DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Yevlax rayon sakini olan bir yeniyetmə tutulub

08.10.2017

Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il iyulun 25-də Bakı şəhər sakini olan bir qadının çantasından 150 manat və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini olan bir yeniyetmə tutulub.
Ətrafında aparılan tədbirlərlə onun iyulun 3-də daha 2 paytaxt sakininin içərisində 25 manat, 2 ədəd mobil telefon və sənədlər olan çantalarını oğurlaması da müəyyən edilmişdir.