DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini olan bir qadından zor tətbiq edərək ondan 1500 manat pul almaqda şübhəli bilinən Abhüseyn Axundov tutulub

08.10.2017

Oktyabrın 8-də Bakı şəhər sakini olan bir qadın Binəqədi RPİ 5-ci PB-yə müraciət edərək həmin gün rayon ərazisində tanışı Abhüseyn Axundovun zor tətbiq edərək ondan 1500 manat pul almasını bildirib.
5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Axundov tutulub.