DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Avtomobil qaçırmaqda şübhəli bilinən paytaxt sakini Ramail Qafarov tutulub

08.10.2017

Oktyabrın 7-də Xətai rayonunun Telnov küçəsindən Bakı şəhər sakini Əkbər Əsgərova məxsus  “Mercedes” markalı avtomobil qaçırılıb.

Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən oktyabrın 8-də avtomobilin Suraxanı rayonu ərazisində hərəkətdə olması müəyyən edilərək aidiyyatı üzrə məlumat verilib.

Xətai RPİ 34-cü PB-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə avtomobil saxlanılıb və onu qaçırmaqda şübhəli bilinən paytaxt sakini Ramail Qafarov tutulub.