DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 104 cinayət faktı qeydə alınmışdır

10.04.2018

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınmış, onların da 12s-i “isti izlər”lə açılmışdır. 

  • Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunmuşdur.   
  • Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 3 nəfər xəsarət almışdır.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılmışdır.