DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Avtomobil qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakini Hüseyn Nəcəfov saxlanılmışdır

11.04.2018

Aprelin 11-nə keçən gecə Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Mirməhəmməd Bəhrəmzadəyə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılmışdır.

Aparılmış əməliyyat tədbirlərilə avtomobili qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Nəcəfov avtomobillə birgə Goranboy rayonunun Əhmədabad kəndində BDYPİ və Goranboy RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.