DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Xırdalan şəhər sakini Toğrul Əliyev saxlanılıb

11.04.2018

Aprelin 11-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin buraxılış məntəqəsinin köşkünə girərək orada işləyən Bakı şəhər sakini Elnur Vəliyevə məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Toğrul Əliyev Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu Polis Bölməsinə təhvil verilmişdir.

T.Əliyevin Cinayət Məcəlləsinin 177-ci (oğurluq)maddəsi ilə axtarışda olması müəyyən edilmişdir.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.