DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 79 cinayət faktı qeydə alınmışdır

11.04.2018

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 79 cinayət faktı qeydə alınmış, onların da 11-i “isti izlər”lə açılmışdır. 

  • Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunmuşdur.   
  • Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılmışdır.