Bərdə rayonunun Xəsili kənd sakini İnqilab Hüseynovu qətlə yetirmiş Firdovsi Abbasov tutulmuşdur
23.01.2015Yanvarın 23-də Bərdə rayonunun Xəsili kəndində kənd sakini Firdovsi Abbasov münaqişə zəminində həmkəndlisi İnqilab Hüseynova bıçaqla xəsarət yetirmiş və nəticədə İ.Hüseynov hadisə yerində ölmüşdür.
Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Abbasov tutulmuşdur.