Yevlax rayonunun Aran qəsəbəsində yaşayan Vəzirxan Novruzovun evində təbii qazın sızmasından ani partlayış baş vermişdir
29.11.2016Noyabrın 29-da saat 22 radələrində Yevlax rayonunun Aran qəsəbəsində yaşayan Vəzirxan Novruzovun evində təbii qazın sızmasından ani partlayış baş vermişdir. Dağıntı olmamış, yanıq xəsarəti almış V.Novruzovun qohumu Nicat İsmayılov xəstəxanaya yerləşdirilmişdir.