Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Əzimov Seyfulla Səttar oğlu


Azərbayсan Respublikası Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Əzimov Seyfulla Səttar oğlu 

1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yuxarı Daşarx kəndində anadan olmuşdur. 
1994-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirmişdir.
1988-1990-cı illərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1996-cı ildən daxili işlər orqanlarında xidmət edir. 

DİN-in ayrı-ayrı struktur qurumlarında cinayət axtarışı və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə əməliyyat müvəkkili və baş əməliyyat müvəkkili,  Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəis müavini, Xəzər rayon Polis İdarəsinin 2-ci və Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölmələrinin rəisi, Nərimanov rayon Polis İdarəsinin rəis müavini, Quba rayon  Polis Şöbəsinin və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifələrində işləmişdir. 
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 iyul tarixli 1316 nömrəli Sərəncamı ilə Azərbayсan Respublikası Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdir. 

Cinayətkarlığa qarşı mübarizədə, Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin təmin edilməsində və asayişin qorunmasında qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və xüsusi xidmətlərinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 iyun tarixli 2309 nömrəli Sərəncamı ilə "Vətən uğrunda", 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə "İgidliyə görə" medalları ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 1 iyul tarixli 1310 nömrəli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.
Ailəlidir. İki övladı var.