Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Rəhbərlik


Nazirliyə Azərbaycan Respublikasının Daxili İşlər naziri rəhbərlik edir. Azərbaycan Respublikasının Daxili İşlər naziri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur.

Azərbaycan Respublikasının Daxili İşlər naziri Nazirliyin işini təşkil edir və təkbaşçılıq prinsipi əsasında daxili işlər orqanlarının və daxili qoşunların fəaliyyətinə rəhbərlik edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Nazirliyin rəhbər işçilərindən ibarət məşvərətçi orqan - Kollegiya fəaliyyət göstərir.

Kollegiyanın sədri tutduğu vəzifəyə görə Daxili İşlər naziri, üzvləri isə tutduqları vəzifəyə görə nazir müavinləridir. Kollegiyanın digər üzvləri Nazirliyin başqa rəhbər vəzifələri üzrə nazirin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.

 Azərbayсan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Eyvazov Vilayət Süleyman oğlu 

 Azərbayсan Respublikasının Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı Əzimov Seyfulla Səttar oğlu  

 Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Zalov Oruc İbrahim oğlu   

 Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Əliyev İsmət Rəşid oğlu

 Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, Daxili Qoşunların Komandanı, general-leytenant Məmmədov Şahin İsgəndər oğlu  

 Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Quliyev Fazil Balahəsən oğlu  

 Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Ələkbərov Fazil Nəriman oğlu

 Azərbaycan Respublikası DİN-in Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Daşdəmirov Arzu Arif oğlu   

 Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Məmmədxanlı Nurullah Abdulla oğlu  

 Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis polkovniki Hümbətov İslam Mövsüm oğlu

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Seyidov Mirqafar Mircəfər oğlu