Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Xidməti və mülki silahın alınmasına və saxlanılmasına xüsusi icazənin verilməsi



XİDMƏTİN İNZİBATİ REQLAMENTİ



Xidməti və mülki silahın alınmasına və saxlanılmasına xüsusi icazənin verilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

- Əlavə №1-də göstərilən ərizə;

- Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsinin surəti;

- Ruhi-əsəb xəstəlikləri, narkomanlıq və alkoqolizmə düçar olub-olmaması, habelə görmə qabiliyyəti barədə ərazi və müvafiq tibb müəssisəsindən arayış;

- 3x4 sm ölçüdə iki ədəd rəngli fotoşəkil;

Sənədlər şəxsən polis orqanına təqdim edilir;

Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Müdafiə, Milli Təhlükəsizlik, Daxili İşlər Nazirliklərinin, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə Xidmətləri, Prokurorluq, habelə dövlət orqanı tərəfindən xüsusi yoxlanılması həyata keçirilən şəxslər və silahla təltif olunmuş vətəndaşlara xidməti və mülki silahın alınmasına və saxlanılmasına xüsusi icazənin verilməsi üçün tibbi arayışlar və xüsusi yoxlamalar tələb olunmur.

https://www.dxr.az/xidmet/F5D91B5C-5EA7-41F7-868F-8C1A41B10E3B/DD457E1E-9EE8-4688-A2F4-DEF6417CE121